Danimarkanın Baş naziri istefa verdi

Danimarkanın Baş naziri istefa verdi
25.03.2026 15:45 Dünya

Danimarkanın Baş naziri Mette Frederiksen ölkənin kralı X Frederiklə görüşdən sonra istefa verib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, parlament seçkilərindən sonra Baş nazirin istefa verməsi adi prosedur sayılır, çünki bununla yeni hökumətin formalaşdırılması prosesi başlayır.

Yeni Baş nazir təsdiqlənənə qədər Frederiksenin öz vəzifələrinin icrasını davam edəcəyi gözlənilir. O həmçinin yeni Baş nazir vəzifəsinə ən real namizədlərdən biridir.

Xatırladaq ki, Mette Frederiksen 2019-cu ildən Danimarkanın Baş naziridir.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər