Daha bir ölkə Rusiyaya sanksiya tətbiq edəcək
Rumıniya Qalati şəhərinə PUA hücumundan sonra Rusiya diplomatlarına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır.
TodayPress TV xəbər verir ki, Buxarestdə keçirilən Ali Müdafiə Şurasının iclasında bu məsələ müzakirə olunur.
Baş nazir səlahiyyətlərini icra edən İlie Bolojan bildirib ki, Xarici İşlər Nazirliyi Rumıniyadakı Rusiya diplomatlarına qarşı demarş və sanksiyalarla bağlı təklif təqdim edəcək.
Rumıniya rəhbərliyi həmçinin aşağı hündürlükdə uçan hədəfləri aşkar edə bilən hava hücumundan müdafiə sistemləri və radarların alınmasını sürətləndirir.
Hadisə Rumıniyanın Qalati şəhərində yaşayış binasına dron hücumundan sonra gündəmə gəlib. Rumıniya tərəfi insidentə görə Rusiyanı məsul hesab edir. Hadisədən sonra Rusiya səfiri Rymıniya XİN-ə çağırılıb.
Qeyd edək ki, Rumıniya NATO ölkəsidir.
Jalə Rövşən