Çinin hegemonluğunu sarsıda biləcək ölkə ortaya çıxdı

Çinin hegemonluğunu sarsıda biləcək ölkə ortaya çıxdı
24.07.2026 03:32 Dünya

Qərb şirkətləri Çinin kritik minerallar bazarındakı üstünlüyünü zəiflətmək məqsədilə Braziliyanın nadir torpaq metalları sənayesinə böyük həcmdə sərmayə yatırır. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.

Məlumata görə, Braziliya təxminən 21 milyon ton ehtiyatla Çindən sonra dünyanın ikinci ən böyük nadir torpaq metalları ehtiyatına malikdir. Bu minerallar elektromobillərdən tutmuş müasir silah sistemlərinə qədər bir çox yüksək texnologiyalı məhsulun istehsalında istifadə olunur.

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva ölkəsinin sadəcə xammal ixracatçısına çevrilməsini istəmədiyini bildirib. Onun sözlərinə görə, məqsəd xarici investisiyalar hesabına ölkədə emal sənayesini inkişaf etdirmək, yüksək maaşlı iş yerləri yaratmaq və texnologiya istehsalını gücləndirməkdir.

Nəşr qeyd edir ki, Braziliya ABŞ, Avropa İttifaqı və Çin daxil olmaqla bütün tərəflərlə əməkdaşlığa açıqdır və özünü hər hansı geosiyasi blokun tərkib hissəsinə çevirmək niyyətində deyil.

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər