Çin yeni müşahidə peykini orbitə çıxardı

Çin yeni müşahidə peykini orbitə çıxardı
03.11.2025 10:52 Dünya

Çin “Yaogan-46” adlı Yerin müşahidə peykini uğurla orbitə çıxarıb. Peyk "Long March 7A" daşıyıcı raketi ilə kosmosa göndərilib.

TodayPress TV xəbər Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb. 

“Yaogan-46” fəlakətlərin qarşısının alınması və nəticələrinin azaldılması, torpaq və su ehtiyatlarının öyrənilməsi, həmçinin meteoroloji müşahidələr üçün istifadə olunacaq.

Sentyabrın sonunda Çin “Fengyun-3H” meteoroloji peykini də orbitə çıxarmışdı.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər