Cənubi Afrikada daşqınlar nəticəsində 25 nəfər həlak oldu

Cənubi Afrikada daşqınlar nəticəsində 25 nəfər həlak oldu
27.01.2026 07:45 Dünya

Cənubi Afrikanın Limpopo vilayətində baş verən daşqınlar nəticəsində ölənlərin sayı 25-ə çatıb.

TodayPress TV-nin məlumatına görə, bu barədə yerli "EWN" radio stansiyası xəbər verib.

Məlumata əsasən, yanvarın 26-da aparılan axtarış tədbirləri nəticəsində daha altı cəsəd aşkar edilib. Üç nəfər itkin düşmüş hesab olunur. Vilayət hakimiyyəti əvvəllər daşqın nəticəsində 19 nəfərin öldüyünü açıqlamışdı. Axtarış əməliyyatları davam edir.

TodayPress TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər