Britaniyada qızılca virusu yayılır
Böyük Britaniyanın paytaxtı Londonun şimalındakı Enfild bölgəsində yeddi məktəb və bir uşaq bağçasında infeksiyanın alovlanması nəticəsində 60-dan çox uşaq qızılcaya yoluxub.
TodayPress TV xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Məlumata görə, Enfild və Harinqey bölgələrindəki azı yeddi məktəbdə yoluxma halları təsdiqlənib və virus yayılmaqda davam edir.
Qeyd olunur ki, Londonda qızılcanın irimiqyaslı yayılma modelinin simulyasiyası 40 mindən 160 minə qədər insanın yoluxa biləcəyini göstərib.
Türkan İsgəndərli