Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı
Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında ikinci sammit iyulun 22-də keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmer "X" sosial şəbəkəsində yazıb.
"Bu gün mən Avropa İttifaqı Şurasının sədri (Antonio Koşta - red.) ilə iyulun 22-də Böyük Britaniya - Aİ ikinci sammitinin keçirilməsi barədə razılığa gəldim. Mənim Leyboristlər hökumətim Avropa İttifaqı ilə münasibətləri yenidən qurmaq və Böyük Britaniyaya Avropada mərkəzi rolu qaytarmaq barədə verdiyi vədi yerinə yetirir", – deyə Starmer qeyd edib.
Aysel Mətləb