Beynəlxalq təlimdə kritik anlar: ABŞ hərbçilərindən xəbər yoxdur

Beynəlxalq təlimdə kritik anlar: ABŞ hərbçilərindən xəbər yoxdur
03.05.2026 22:52 Dünya

ABŞ ordusuna məxsus iki hərbi qulluqçu Mərakeşdə keçirilən beynəlxalq hərbi təlim zamanı itkin düşüb.

TodayPress TV xəbər verir ki, hadisə “African Lion 2026” təlimləri çərçivəsində, ölkənin Tan-Tan şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata görə, hərbçilər mayın 2-də təlim zonasında yoxa çıxıblar. ABŞ Afrika Komandanlığı (AFRICOM) faktı təsdiqləyib və hazırda genişmiqyaslı axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirib.

Hərbçilərin taleyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “African Lion” təlimləri ABŞ və tərəfdaş ölkələrin iştirakı ilə keçirilən ən böyük hərbi manevrlərdən biri hesab olunur.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər