Belçika baş naziri: "Kiyevin maliyyələşdirilməsi davam edəcək"

Belçika baş naziri: "Kiyevin maliyyələşdirilməsi davam edəcək"
18.12.2025 11:44 Dünya

Avropa İttifaqı daxilində fikir ayrılıqlarına baxmayaraq, Ukraynanın maliyyələşdirilməsi üzrə işlər davam etdirilir.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Belçikanın Baş naziri Bart De Vever bildirib.

Onun sözlərinə görə, 2026–2027-ci illər üçün Kiyevə maliyyə dəstəyi planı üzərində hazırlıq gedir.

Baş nazir qeyd edib ki, Ukraynanın maliyyələşdirilməsi ilə bağlı təkliflər müzakirələr zamanı dəyişir.

Qeyd edək ki, o, bu açıqlamanı Aİ liderlərinin Ukraynanın dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdirilməsi məsələsini müzakirə edəcəyi sammit ərəfəsində verib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər