Avropa yanır - Əhali kondisionerlə tanış olur
Avropada son günlər havanın temperaturu bir çox ölkədə 37-44 dərəcəyə çataraq həyatın normal axarını çətinləşdirib. Əslində bu temperatur Azərbaycan, Türkiyə və ya BƏƏ kimi ölkələr üçün təəccüblü deyil. Çünki həmin ölkələr illərdir bu iqlimə uyğun yaşayır.
TodayPress TV xəbər verir ki, bu temperatura öyrəşmiş ölkələrdə yay aylarında kondisionerli ev, ofis, mağaza və ya ictimai nəqliyyat artıq adi hal sayılır. Avropanın əksər ölkələrində isə uzun illər buna ehtiyac olmadığı üçün kondisioner sistemləri geniş yayılmayıb. Bir çox yaşayış binasında, kafedə, hətta ictimai nəqliyyatda belə soyutma sistemi yoxdur.
Məhz buna görə problem yalnız havanın neçə dərəcə isti olması deyil, şəhərlərin və infrastrukturun nə dərəcədə hazır olmasıdır.
Son illərdə iqlim dəyişikliyi nəticəsində bir vaxtlar Avropada nadir hesab edilən kondisioner artıq zərurətə çevrilməyə başlayıb.
Xanım Musayeva