Avropa Ukrayna üçün 200 milyard avro xərcləyib
Avropa İttifaqı Rusiya ilə hərbi münaqişənin başlanmasından bəri Ukraynaya dəstək üçün təxminən 200 milyard avro xərcləyib.
TodayPress TV xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski "CBS"ə verdiyi müsahibədə bildirib.
Sikorski qeyd edib ki, “Avropa hazırda müharibəni tam maliyyələşdirir, çünki ABŞ maliyyəsi ötən ilin yanvar ayında dayandırılıb.
"Biz təxminən 200 milyard avro xərcləmişik və növbəti iki il ərzində Ukraynanı dəstəkləmək üçün 90 milyard avro əlavə maliyyələşdirməni təmin etmişik”.
Jalə Rövşən