Avropa İttifaqı İrana qarşı sanksiya tətbiq edəcək
Avropa İttifaqı İrana qarşı sanksiya siyahısını genişləndirərək təhlükəsizlik və ədliyyə sektorlarında çalışan 15 məmur və altı qurumu əhatə edib.
TodayPress TV xəbər veri ki, bu barədə Aİ-nin Rəsmi Jurnalı məlumat yayıb.
Sənədə əsasən, sanksiyalar ölkənin təhlükəsizlik blokunun əsas strukturları ilə əlaqəli olduğu hesab edilən hüquq-mühafizə orqanlarının, məhkəmə sisteminin və İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələrinə tətbiq olunub.
Beləliklə, ümumilikdə 21 subyekt - 15 fiziki şəxs və altı hüquqi şəxs yeni məhdudiyyətlərə məruz qalıb.
Türkan İsgəndərli