Antalyada yol qəzasında 10 turist yaralandı

Antalyada yol qəzasında 10 turist yaralandı
01.11.2025 23:45 Dünya

Antalyada iki safari cipinin toqquşması nəticəsində 10 əcnəbi turist xəsarət alıb.

TodayPress TV xəbər verir ki, bu barədə  "İHA" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Manavqatda baş verib.

Toqquşma nəticəsində  sürücü Ahmet Korkutalp və 10 xarici turist - dörd İsveç, dörd britaniyalı və iki polyak yaralanıb.

Yaralılar  xəstəxanaya yerləşdirilib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər