Almaniyanı qaranlığa qərq etmək üçün plan qurdular: 160-dan çox hədəf

Almaniyanı qaranlığa qərq etmək üçün plan qurdular: 160-dan çox hədəf
10.09.2026 20:55 Dünya

Almaniyada elektrik şəbəkəsinə qarşı sabotajda şübhəli bilinən şəxsin 160-dan çox mümkün hədəfin siyahısını saxladığı üzə çıxıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Tagesspiegel” yazıb. Məlumata görə, 48 yaşlı şübhəlinin avtomobilə çevrilmiş düşərgə maşınında aşkarlanan dəftərdə elektrik infrastrukturu ilə bağlı 160-dan çox mümkün və əvvəlki sabotaj hədəfi qeyd olunub. 

Şimali Reyn-Vestfaliya əyalətinin daxili işlər naziri Herbert Royl bildirib ki, şübhəli şəxsin daha əvvəl istifadə etdiyi 7 gizli saxlanc yerinin də olduğu müəyyənləşdirilib. Onlardan üçündə polis artıq axtarış aparıb.

Məlumata görə, şübhəli elektrik şəbəkəsinin sabitliyini pozaraq genişmiqyaslı elektrik kəsintisinə səbəb olmağa çalışıb. Lakin əhali arasında elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verməyib.

Şimali Reyn-Vestfaliyada elektrik xətlərinə qarşı istifadə edildiyi ehtimal olunan 40-dan çox raket buraxılış qurğusu da aşkarlanıb.

Almaniya Federal Baş Prokurorluğu da hadisələrlə bağlı araşdırmanı öz üzərinə götürüb.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər