Almaniyada bank anbarından 30 milyon avro oğurlandı
Almaniyanın qərbində yerləşən Gelsenkirxen şəhərində naməlum şəxslər Sparkasse bankının filialının anbarını yararaq oradan təxminən 30 milyon avro məbləğində vəsait oğurlayıblar.
TodayPress TV xəbər verir ki, bu barədə 'DPA' agentliyi hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.
Cinayətkarlar bankda 3,2 min seyf hücrəsini açaraq içindəkiləri götürüb hadisə yerindən qaçıblar.
Qeyd edilir ki, bu hadisə Almaniyanın kriminal tarixində ən iri soyğunlardan biri hesab oluna bilər.
Oğurluq nəticəsində 2,5 mindən çox əmanətçi zərər çəkib.