Aİ-nin rəsmi veb saytı kiberhücuma hədəf oldu

Aİ-nin rəsmi veb saytı kiberhücuma hədəf oldu
27.03.2026 23:20 Dünya

Avropa İttifaqı (Aİ) rəsmi veb saytı olan "Europa.eu"nun kiberhücuma məruz qaldığını, nəticədə bəzi məlumatların oğurlandığını açıqlayıb.

TodayPress TV xəbər verir ki, hadisə 24 mart tarixində baş verib.

Hücumun qarşısını almaq üçün təcili tədbirlər görüldüyü bildirilsə də, davam edən istintaqın ilkin məlumatlarına görə, kiberhücum nəticəsində bəzi məlumatların oğurlandığı bildirilib.

Aİ-ni bəyanatında hücumdan təsirlənmiş ola biləcək qurumlarının məlumatlandırıldığı qeyd edilib və İttifaqın daxili sistemlərinin təsirlənmədiyi vurğulanıb.

Bildirilib ki, Aİ daxili sistemlərinin və məlumatlarının təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görməyə davam edəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər