Aİ Britaniyanın Ukrayna ilə silah müqavilələrinə razılıq verdi
Dünya
02.02.2026 15:48
Avropa İttifaqı (Aİ) liderləri Böyük Britaniyanın Ukrayna ilə silah tədarükü müqavilələrinə çıxış əldə etməsi üçün ilkin razılıq veriblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, Aİ səfirləri bazar ertəsi günü Ukraynaya 90 milyard avroluq kredit üzrə danışıqları bərpa edirlər.
Nəşr qeyd edir ki, Kiyevin hansı ölkələrdən və hansı şərtlərlə silah ala biləcəyi məsələsi hələ də həll olunmayıb.
Avropa Komissiyasının təklifinə əsasən, Ukrayna kreditin üçdə ikisini Aİ ölkələrindən və Avropa Azad Ticarət Assosiasiyasına üzv dövlətlərdən silah alışı üçün istifadə edə bilər.
Yalnız alternativlər olmadıqda və ya çatdırılma müddətləri "əhəmiyyətli dərəcədə qısaldıqda" digər təchizatçılara müraciət edə bilər.
Avropa Şurasının Kipr Sədrliyinin təklif etdiyi kompromis çərçivəsində Avropa Komissiyasına Aİ ilə təhlükəsizlik və müdafiə tərəfdaşlığı olan, Kiyevə əhəmiyyətli hərbi və maliyyə dəstəyi göstərən ölkələrdən silah almaq səlahiyyəti veriləcək.
Məlumatlı mənbələr bildiriblər ki, bu qayda Birləşmiş Krallığı da əhatə edəcək.
Aysel Mətləb
tag: Aİ ,Böyük Britaniya,Ukrayna,Silah,Todaypress.tv,
