Ağ Ev Trampı “Supermen” obrazında təqdim etdi

Ağ Ev Trampı “Supermen” obrazında təqdim etdi
11.07.2025 10:28 Dünya

ABŞ Prezidenti Donald Trampın “Supermen” obrazında süni intellektlə yaradılmış fotosu Ağ Ev tərəfindən yayımlanıb.

TodayPress TV xəbər verir ki, sözügedən görüntü Ağ Evin mətbuat xidmətinin “X” sosial şəbəkəsində paylaşdığı postda yer alıb.

Tramp burada "DC Comics"in məşhur qəhrəmanı Supermen obrazında – mavi-qırmızı kostyumda, sinəsində “T” hərfi ilə təsvir olunub.

Postun üzərində bu ifadə yer alıb:

“Ümidin simvolu. Həqiqət. Ədalət. Amerika yolu. Supermen Tramp”.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər