ABŞ yeni nəsil strateji sualtı qayığı 2028-də təhvil alacaq

Dünya

02.05.2026 08:35

Qitələrarası ballistik raketlərlə təchiz edilmiş yeni nəsil "Columbia" sinfinə məxsus ilk strateji sualtı qayıq 2028-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) təhvil veriləcək.

TodayPress TV xəbər verir ki, bu barədə "General Dynamics" korporasiyası məlumat yayıb.

"USS District of Columbia" atom sualtı qayığının istismara verilməsi ABŞ nüvə triadasının modernləşdirilməsi proqramı çərçivəsində Pentaqonun ən mühüm yaxınmüddətli prioritetlərindən biridir.

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, hazırda "GD Electric Boat" zavodunda inşası davam edən sualtı qayıq 2030-cu ildə özünün ilk patrul xidmətinə hazır olmalıdır.

Əvvəlcə sualtı qayıqın 2027-ci ildə təhvil verilməsi planlaşdırılsa da, komponentlərin yığılmasında yaranan gecikmələr səbəbindən bu müddət bir il sonraya keçirilib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Müdafiə,Sualtı,Columbia,TodayPress TV,