ABŞ Tramp üçün xüsusi qızıl sikkə hazırlayır - FOTO

ABŞ Tramp üçün xüsusi qızıl sikkə hazırlayır - FOTO
16.07.2026 06:43 Dünya

ABŞ-də üzərində Prezident Donald Trampın təsviri əks olunacaq 1 dollarlıq qızıl sikkə buraxılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent X sosial şəbəkəsində paylaşım edib.

Nazirin sözlərinə görə, ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə ABŞ Zərbxanası azadlıq irsini və vətənpərvərlik simvolunu əks etdirən yeni qızıl sikkənin istehsalına başlayacaq. Sikkənin üzərində Prezident Donald Trampın təsviri yer alacaq.

Sikkənin tirajı və dövriyyəyə buraxılacağı tarix barədə isə hələlik məlumat verilməyib.

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər