ABŞ Suriyadakı qoşunlarını tamamilə çıxarmaq niyyətindədir

ABŞ Suriyadakı qoşunlarını tamamilə çıxarmaq niyyətindədir
23.01.2026 14:55 Dünya

Vaşinqton ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir.

TodayPress TV xəbər verir ki, bu barədə adları açıqlanmayan Amerika rəsmiləri "Wall Street Journal” qəzetinə bildiriblər:

“Suriya Prezidenti Əhməd əl-Şaraa ABŞ-nin dəstəklədiyi kürd silahlı qüvvələrini ölkənin şimal-şərqinə nəzarətdən məhrum etmək üçün addımlar atır. Bu səbəbdən, Vaşinqton Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir”.

Bildirilib ki, bu addım ABŞ-nin 2014-cü ildə başlayan Suriya əməliyyatına son qoyacaq. Qəzetin məlumatına görə, ölkədə Suriyanın şimal-şərqindəki müxtəlif obyektlərə səpələnmiş təxminən 1000 amerikalı əsgər var. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər