ABŞ prezidenti Paşinyana hədiyyə təqdim etdi

ABŞ prezidenti Paşinyana hədiyyə təqdim etdi
24.12.2025 11:30 Dünya

Ağ Evdə Ermənistanın ABŞ-dəkı səfiri Narek Mkrtçyan ABŞ Prezidenti Donald Trampla görüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan səfirliyi məlumat verib.

Bildirilib ki, yeni təyin olunmuş səfirlər üçün tədbir çərçivəsində keçirilən görüşdə səfir Narek Mkrtçyan Donald Trampa Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması üçün göstərdiyi ardıcıl səylərə, eləcə də 8 avqustda Ağ Evdə imzalanan tarixi saziş və sənədlərə görə təşəkkürünü bildirib.

Öz növbəsində, ABŞ prezidenti Ermənistan xalqını təbrik edərək, baş nazir Nikol Paşinyana minnətdarlıq əlaməti olaraq üzərində şəxsi yazı olan hədiyyə təqdim edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər