ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi

ABŞ ləğv edilən idxal rüsumlarını tam bərpa edir - Bessent elan etdi
24.06.2026 23:20 Dünya

ABŞ fevral ayında Ali Məhkəmə tərəfindən bloklanmazdan əvvəlki idxal rüsumlarını eyni səviyyəyə qaldırmağın yollarını axtarır. 

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "CNBC" telekanalına verdiyi müsahibədə bəyan edib.

"Bu təəssüf doğurur. Prezident beynəlxalq fövqəladə hallar zamanı iqtisadi səlahiyyətlər haqqında qanundan istifadə edib və bu, rüsumların tətbiqi üçün çox effektiv üsuldur. Hazırda biz tarif proqramını yenidən başlatmışıq. Ceymison Qrir (ABŞ-nin ticarət danışıqları üzrə nümayəndəsi - red.) 1974-cü il tarixli ticarət qanununun 301-ci maddəsinə uyğun olaraq təhqiqatlar aparır və əgər nəticələr uğurlu olarsa — ki, mən bunun əksini düşünmək üçün heç bir səbəb görmürəm — rüsumlar tam olaraq əvvəlki səviyyəsinə qayıdacaq”, — deyə o bildirib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
25 IYUN 2026
Bütün Xəbərlər