ABŞ Konqresində Ukrayna üçün təhlükəsizlik zəmanətləri səsverməyə çıxarıla bilər
Dünya
16.12.2025 11:27
ABŞ senatoru Lindsi Qrem və bir qrup konqresmen Ukrayna üçün təhlükəsizlik zəmanətləri paketinin səsvermə üçün ABŞ Konqresinə göndərilməsinə çağırıb.
TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” (WSJ) nəşrinin məlumatına görə, Lindsi Qrem bildirib ki, əgər Ukraynanın dəstəkləyə biləcəyi və sülh sazişinin tərkib hissəsinə çevriləcək təhlükəsizlik razılaşması əldə olunarsa, Senatda mühüm qərar qəbul edilə bilər.
Onun sözlərinə görə, Konqresin qanunverici xarakter daşıyan bu təsdiqi ABŞ Prezident Donald Trampdan sonra da qüvvədə qalacaq.
Qrem əlavə edib ki, Konqresdə keçiriləcək səsvermə təhlükəsizlik zəmanətlərini avtomatik olaraq Ukrayna ilə rəsmi müqaviləyə çevirməyə də bilər. Bununla belə, WSJ yazır ki, qanunverici hakimiyyətin belə bir təşəbbüsü təsdiqləməsi Vaşinqtonun Kiyevi “Ağ evdə kimin əyləşməsindən asılı olmayaraq” dəstəklədiyinə dair güclü siqnal olardı.
Qiymət Mahir
tag: ABŞ,Ukrayna,Konqres,Səsvermə,Todaypress.tv,
