ABŞ-dən İrana "neft" jesti: Bu tarixədək sanksiyalar DONDURULDU
ABŞ İran mənşəli neft məhsullarının istehsalı, satışı, tədarükü və ya daşınması ilə bağlı əməliyyatlara, o cümlədən sanksiya siyahılarında olan gəmilərin iştirakı ilə həyata keçirilən sövdələşmələrə avqustun 21-dək sanksiya rejimindən istisna tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) sənəd dərc edib.
Sənəddə qeyd edildiyi kimi, sadalanan məhsulların ABŞ-yə tədarükü ilə bağlı əməliyyatlara da icazə verilib.
Eyni zamanda, İran mənşəli neft, neft-kimya məhsulları və ya neft məhsullarının satın alınmasına görə İrana, İran hökumətinə və ya hər hansı bir bloklanmış şəxsə ödənilməli olan bütün ödənişlər ABŞ dolları ilə həyata keçirilə bilər.
Aysel Mətləb