“Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış

“Xəzər dənizini münaqişə zonasına çevirməyin!” - Türkiyədən kritik çağırış
07.08.2026 01:16 Dünya

Türkiyə Rusiya və Ukraynaya Xəzər dənizində münaqişədən yayınmaq çağırışı edib.

TodayPress TV xəbər verir ki, Türkiyə Təhlükəsizlik Şurasının iclasının yekunlarına dair yaydığı bəyanatda bildirilib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı gərginliyi qonşu regionların, xüsusilə Qara və Xəzər dənizlərinin münaqişə zonasına çevrilməsi yolu ilə aradan qaldırmaq mümkün deyil.

“Konflikt tərəfləri regionda artan gərginliyi azaltmalı və sülhün təmin olunması üçün konkret addımlar atmalıdırlar”, - bəyanatda qeyd olunub.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər