Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir”
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf ABŞ-nin İrana qarşı mümkün hərbi hücumuna sərt reaksiya verib.
TodayPress TV xəbər verir ki, Qalibaf bu barədə sosial şəbəkə hesablarından birində paylaşım edib.
Qalibaf bildirib ki, ABŞ-nin “kütləvi hücuma hazırlaşdığı” barədə məlumatlardan sonra Vaşinqtonun danışıqlar aparmaq istəməsi “teatr diplomatiyasıdır”.
“Qorxutmaqdan istifadə, pozulmuş vədlər və saxta xəbərləri təzyiq vasitəsi kimi tətbiq etmək uğursuz strategiyadır. Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha çox teatr lazım deyil”, - deyə Qalibaf bildirib.
Kübra Musayeva