Əhaliyə XƏBƏRDARLIQ! Bu ərazilərdə qaz kəsiləcək
Bakının Sabunçu rayonunun bir sıra ərazilərində bu gün təmir-quraşdırma işləri ilə əlaqədar qaz təchizatında fasilə yaranacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu qəsəbəsinin Ə.Dadaşov, Y.Saratov, M.Kalinin, Ş.Rustaveli və M.İbrahimov küçələrində, həmçinin Bakıxanov qəsəbəsinin M.Əmirov, R.Qəmbərov, R.Axundov, S.Qocayev və K.Kamilov küçələrində qaz təchizatında qısamüddətli fasilə olacaq.