ABŞ-də qar fırtınasında ölənlərin sayı 51-ə çatdı

ABŞ-də qar fırtınasında ölənlərin sayı 51-ə çatdı
28.01.2026 12:31 Dünya

ABŞ-də qar fırtınası nəticəsində ölənlərin sayı 50-ni keçib.

TodayPeess TV xəbər verir ki, bu haqda  "NBC" məlumat yayıb.

Məlumata görə, 400.000 ev qar fırtınası səbəbindən elektriksiz qalıb. Onların əksəriyyəti ölkənin cənub hissəsində yerləşir.

"ABC"nin məlumatına görə, fırtına 200 milyondan çox insana təsir edib.  Minlərlə uçuş ləğv edilib. Ölkə daxilində bir çox yollarda buzlu hava şəraiti yaranıb və bu da  qəzalara səbəb olub. Ötən həftəsonu qar yığınlarının qalınlığı 30 sm-ə (12 düym) çatıb.

Jalə Rövşən 

TodayPeess TV

XƏBƏR LENTİ
22 IYUN 2026
Bütün Xəbərlər