"40 yaşında tələbə olub qaçırlar": Ukraynada möhlət sisteminə ağır zərbə!
Dünya
04.05.2026 18:00
Ukraynada kişilər üçün verilən möhlət və “bron” sisteminin yenidən yoxlanılması gündəmdədir.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna deputatı Yuri Zdebskyi "Teleqraf" nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda ölkədə “əsassız” və formal xarakter daşıyan çox sayda “bron” mövcuddur.
“Bu məsələ yenidən nəzərdən keçirilməlidir. Bu mövzuda çox spekulyasiya var, lakin möhlətlərlə bağlı da suallar yaranır. Bizdə 40-50 yaşında belə tələbə olanlar var”, — deyə deputat qeyd edib.
Zdebskyi vurğulayıb ki, eyni zamanda ölkə üçün vacib sahələrdə çalışan və əvəzolunmaz olan şəxslər də var — sənaye, kənd təsərrüfatı və kritik infrastruktur sahələri.
O əlavə edib ki, “bron” və möhlətlərin izlənməsi üçün ayrıca nəzarət mexanizmi yaradılmalıdır.
Qeyd olunur ki, Ukraynada hərbi səfərbərlik sisteminin təkmilləşdirilməsi məsələsi gündəmdədir və orduda şəxsi heyət çatışmazlığı müşahidə olunur.
Qiymət Mahir
tag: Ukrayna,Yuri Zdebskyi,Bron,Dünya,TodayPress TV,
