2026-cı ildə Almaniya Ukraynaya maliyyə yardımını artıracaq

2026-cı ildə Almaniya Ukraynaya maliyyə yardımını artıracaq
13.11.2025 05:00 Dünya
Almaniya hökuməti 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmaq niyyətindədir.

TodayPress TV xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl bildirib.

“Büdcə düzəlişlərinə dair iclasda biz Ukraynanın möhkəmləndirilməsi üçün əlavə olaraq daha 3 milyard avro ayıracağıq”, – o deyib.

Klinqbeyl həmçinin xatırladıb ki, Almaniya Ukraynanın ən böyük Avropa donorudur.

Qeyd olunur ki, hazırda Bundestaqda 2026-cı il dövlət büdcəsi layihəsi üzrə müzakirələr yekunlaşmaq üzrədir.

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər