Nəqliyyatın texniki baxışdan keçməsi ilə bağlı prosedur sadələşdirildi

Nəqliyyatın texniki baxışdan keçməsi ilə bağlı prosedur sadələşdirildi
11.09.2025 13:13 Daxili siyasət

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"yə dəyişiklik edib.

TodayPress TV xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə (əldə edilə) bilər. Nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talonda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin talonun təqdim edilməsinə bərabər tutulacaq.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər