Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başladı
09.09.2025 11:14 Daxili siyasət

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

TodayPress TV xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər