Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq

Dövlət Xidmətlərinin Elektron Reyestri yaradılacaq
16.09.2025 10:18 Daxili siyasət

Azərbaycanda Dövlət Xidmətlərinin Elektron Reyestri (DXER) yaradılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə yeni hazırlanmış "Dövlət xidmətləri haqqında" qanun layihəsində deyilir.

Layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sənədə əsasən, dövlət xidmətlərinin təminatçıları tərəfindən yeni xidmət müəyyən edən normativ hüquqi akt qüvvəyə mindiyi tarixdən 30 iş günündən gec olmayaraq dövlət xidmətinin reqlamenti DXER-ə daxil edilməsi üçün təqdim edilməlidir. Xidmətlər barədə məlumatlar elektron kabinet üzərindən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilərək göndəriləcək.

Layihədə qeyd edilib ki, DXER operatoru tərəfindən 7 iş günü müddətində xidmət təminatçısı tərəfindən göndərilmiş məlumatların tamlığı və düzgünlüyü yoxlanılacaq və bu barədə xidmət təminatçısına elektron formada bildiriş göndəriləcək. Aşkar edilmiş çatışmazlıqlar xidmət təminatçısı tərəfindən aradan qaldırılaraq 7 iş günü müddətində yenidən DXER-in operatoruna göndərilməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
04 IYUN 2026
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - DETALLARI AÇIQLADI 20:01 Finlandiya Rusiya ilə sərhədi AÇMIR- bağlanma müddəti uzadıldı 18:28 Rusiya danışıqlara hazırdır, lakin.. - Lavrov 19:32 Ceyhun Bayramov qırğızıstanlı həmkarını təbrik etdi 19:25 İsrail Livandan çıxana qədər regionda sülh olmayacaq! - SEPAH 18:38 Abbas Əraqçi ilə Ceyhun Bayramov Yaxın Şərqdəki gərginliyi müzakirə etdilər 19:04 Rusiya XİN: Azərbaycanla münasibətlər müsbət ritminə qayıdıb 18:54 Ceyhun Bayramov Braziliyanın yeni səfirini qəbul etdi 18:41 altı ölkənin üzvlüyünün sürətləndirilməsini nəzərdən keçirir 18:12 Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə etdilər 18:14 İtaliya nüvə enerjisinə qayıdır: Parlament mühüm qanun layihəsini təsdiqlədi 18:05 Küveyt vəliəhdi Azərbaycan liderini təbrik etdi 17:50 Qətər Əmiri Prezidenti təbrik etdi 17:45 Öncə Tatarıstan, sonra isə bütün Rusiya... — Milyonluq tibb layihəsinin pərdəarxası... 17:43 Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik etdi 17:42 33 ildən sonra ilk dəfə: ermənilər Türkiyəyə girdi - VİDEO 17:38 Fransa millisinin yeganə problemi nədir? Deşam cavab verdi 17:35 BTR-80: Sovet-Rusiya zirehli texnikasının ən çox yayılmış nümayəndəsi 17:32 “Napoli”də bir dövr başa çatdı: Konte getdi! 17:25 Natali Aleksanyandan açıqlamalar: 102-ci bazadakılar, revanşislər və terrorçular... 17:19 “Qarabağ” azarkeşlərini maraqlandıran suala cavab gəldi! 17:13 “Bayquşlar” lider futbolçusunu komandada saxladı! 17:00 Dinc dayanmırlar, sonra da maşın yanır - Çin avtomobilləri ilə bağlı müzakirə böyüyür 16:55 Mumiyadan çörək bişirildi - 5300 illik “möcüzə 16:43 Leverkuzen klubu gələcəyini ispaniyalı mütəxəssisə həvalə etdi! 16:43 Bütün Xəbərlər