Dövlət hesabına hüquqi yardımın haqqı vəkil və ya vəkil qurumunun bank hesabına köçürüləcək

Dövlət hesabına hüquqi yardımın haqqı vəkil və ya vəkil qurumunun bank hesabına köçürüləcək
16.09.2025 10:16 Daxili siyasət

Vəkillər Kollegiyası dövlət hesabına göstərilən hüquqi yardımın haqqını vəkilin və ya vəkil qurumunun bank hesabına köçürəcək. 

TodayPress TV xəbər verir ki, bununla bağlı "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Sənədə əsasən, kollegiya həmin vəsaitin vəkil qurumlarına və fərdi qaydada fəaliyyət göstərən vəkillərin bank hesablarına köçürülməsini təmin edəcək.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər