Xarici şirkətlər Azərbaycanda əldə etdikləri mənfəəti yenidən investisiya edir

Xarici şirkətlər Azərbaycanda əldə etdikləri mənfəəti yenidən investisiya edir
25.09.2026 10:39 Tədbirlər

“Uzunmüddətli tərəfdaşlıqlar yeni investisiyaların və təkrar investisiyaların həyata keçirilməsinə şərait yaratmaqda davam edir. Ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti yenidən Azərbaycana yatırmağa üstünlük verir”.

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, xarici şirkətlərin Azərbaycana yönəltdiyi təkrar investisiyalar ənənəvi enerji istehsalı ilə yanaşı, bərpaolunan enerji sahəsini də əhatə edir.

“Bu investisiyalar ənənəvi enerji istehsalı ilə yanaşı, bərpaolunan enerji sahəsinə də yönəldilir”, – nazir qeyd edib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər