“20 il əvvəl başladıq…” - Azərbaycan iqtisadi riskləri necə minimuma endirir?

“20 il əvvəl başladıq…” - Azərbaycan iqtisadi riskləri necə minimuma endirir?
25.09.2026 10:49 Tədbirlər

“Biz öz iqtisadiyyatımıza investisiya yatırmaqdan çəkinmirik. Hesab edirik ki, hökumətlər özəl şirkətlərlə birlikdə investisiya yatırdıqda, bu, onların iqtisadiyyata inamını nümayiş etdirir və regionda bir çox layihələrin həyata keçirilməsinə mane olan riskləri azaldır”.

TodayPress TV xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bunu 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AİF 2026) çıxışı zamanı deyib.

Nazir bildirib ki, investisiya və iqtisadi inkişafın əsas istiqamətlərindən biri insan kapitalının formalaşdırılmasıdır.

“Nəticə etibarilə, bütün bunlar insan amilinə, insanların məhsuldarlığına, insan kapitalına və istedada gəlib çıxır”, – M.Cabbarov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə fəaliyyətə təxminən 20 il əvvəl başlayıb.

“Bunun əsasını Azərbaycan gənclərinin xaricdə təhsilinə dair dövlət proqramı təşkil edib. Proqram Prezident İlham Əliyev tərəfindən imzalanıb və Dövlət Neft Fondundan maliyyələşdirilib”, – deyə nazir bildirib.

M.Cabbarov vurğulayıb ki, proqram indiyədək dünya səviyyəli təhsil almış, rəqabətqabiliyyətli azərbaycanlı peşəkarlar qrupunun formalaşmasına imkan verib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər