XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq

XƏBƏRDARLIQ: İyulun 7-də bu kənd və qəsəbələr qazsız qalacaq
03.07.2026 19:34 Cəmiyyət

İyulun 7-də Bərdə və Füzuli rayonlarının bəzi kənd və qəsəbələrində təbii qazın verilişi dayandırılacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyulun 7-də saat 10:00-dan işlər yekunlaşanadək Bərdə rayonunun Yeni Daşkənd, Şatırlı, Kürdborakı, Nazırlı, Qazaxlar və Hacılar kəndlərinin, saat 14:00-dan işlər yekunlaşanadək Füzuli rayonunun Horadiz qəsəbəsində 15 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər