Şəhərin mərkəzində 10 ildir həllini tapmayan problem – VİDEO

Cəmiyyət

17.12.2025 17:32

Bura Yasamal rayonu Parlament prospekti 500-cu məhəllə bina 4-ün ərazisidir. Ərazi uzun illərdir qaranlığa qərq olub. Bina sakinləri artıq uzun illərdir ki, bu məhəllədaxili küçənin işıqlandırılmamasından gileylənilər. 

Problemlə bağlı TodayPress TV-yə danışan bina sakini Xoşbəxt Rəhimova bildirir ki, 1976-cı ildən bu binada yaşayır.  2015-ci ildən indiyə qədər isə bu ərazidə qaranlıq hökm sürür. 

Sözügedən binanın başqa bir sakini Sadiq Əliverdibəyli isə qeyd edir ki, problemlə bağlı aidiyyatı qurumlara da məktubla müraciət etsə də, heç bir faydası olmayıb.  

Bildiyimiz kimi, küçələrin  məhəllədaxili küçələrin işıqlandırılması işinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsi baxır.  

Biz də problemlə əlaqədar olaraq "Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsi Yasamal texniki istismar rayonunun əməkdaşı Yaşar Əsədovla əlaqə saxladıq. 

Qurumun əməkdaşı məsələ ilə bağlı bildirdi ki, Yasamal rayonu üzrə 40-a yaxın küçənin işıqlandırılması yanvar ayından həyata keçiriləcək. 

Yaşar Əsədov məhəllədaxili küçələrin işıqlandırılması prosesini həyata keçirən qurumun Bakı şəhər icra hakimiyyətinin tabeliyində olan Bakı Abadlıq Xidmətinin olduğunu qeyd edərək vurğuladı ki, problem yaxın günlərdə həllini tapacaq. 

Problemi diqqətdə saxlayacağıq.   

Vüsalə Nəciyeva 

Ətraflı süjetdə: 

tag: Problem,Yaşar Əsədov ,Bakı Abadlıq Xidməti,"Bakı Şəhər İşığı" Elektrik Şəbəkələri Müəssisəsi,Parlament prospekti,Yasamal ,Todaypress.tv,