Kimlər fitrə zəkatı verməməlidir? – AÇIQLAMA

Cəmiyyət

19.03.2026 16:56

“Fitrə sədəqəsi oruc tutan insanın öz imkanı daxilində ehtiyacı olanlara yardım etməsidir”.  

Bunu TodayPress TV-yə açıqlamasında ilahiyyatçı Elşad Miri deyib.


Onun sözlərinə görə, fitrənin konkret minimum və ya maksimum həddi yoxdur. 

“Hər kəs öz maddi vəziyyətinə, qidalanmasına və bayramı necə keçirməsinə uyğun olaraq bu sədəqəni verməlidir. Bu, əsasən imkansız insanların da bayram sevincini yaşamasına dəstək olmaq məqsədi daşıyır”. 

İlahiyyatçı əlavə edib ki, fitrə sədəqəsinin hər bir ailə üzvü, o cümlədən uşaqlar üçün ayrıca verilməsi vacib deyil: 

“Çünki uşaqlara oruc tutmaq fərz deyil. İstəyən şəxs öz imkanı daxilində daha çox pay verə bilər. Lakin əsas məqsəd ehtiyacı olanlarla bölüşmək və onların da bayramı sevinclə keçirməsinə kömək etməkdir”.

Qeyd edək ki, fitrə zəkatının vaxtı Ramazan ayının son günü - Bayram axşamı şam namazından sonradır. Qazılar Şurasının Fətvasına görə imkanı olan hər kəsə adambaşına 10-15 manat fitrə zəkatı vermək tövsiyə olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Elşad Miri,İlahiyyatçı,Fitrə,Zəkat,Todaypress.tv,