Hərbi prokurorun müavini vəzifəsinə təyinat oldu

Hərbi prokurorun müavini vəzifəsinə təyinat oldu
03.02.2026 16:44 Cəmiyyət

Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub.

TodayPress TV xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı hərbi prokurorun müavini vəzifəsinə təyin olunub.

Bundan başqa, ədliyyə polkovnik-leytenantı Samir Qarayev Hərbi Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini təyin edilib.

Qeyd edək ki, Hərbi prokurorun müavini Şəfahət İmranov Abşeron rayon prokuroru vəzifəsinə təyin edilib.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər