FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi

FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi
11.06.2025 14:54 Cəmiyyət

İnsan Hüquqları aylığı çərçivəsində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və FHN Akademiyasının birgə təşkilatçılığı ilə nazirliyin Akademiyasının kursant və zabitləri üçün “Xilasetmə işinin təşkilində insan hüquq və azadlıqlarının aliliyinin təminatı” mövzusunda seminar keçirilib.

Bu barədə Nazirlikdən TodayPress TV-yə verilən məlumata görə, seminarın keçirilməsində məqsəd yetişməkdə olan kadrların diqqətini insan hüquq və azadlıqlarının dövlətin ali dəyər olması prinsipinə yönəltmək, xilasetmə fəaliyyətinin təşkili zamanı bu prinsipin təmin olunmasının fövqəladə hal orqanı işçisinin ümdə vəzifəsi olduğunu onlara bir daha xatırlatmaq olub.

Tədbirdə çıxış edənlər - İctimaiyyətlə əlaqə idarəsinin əməkdaşı mayor Vüsalə Zahirova və Akademiyanın Hüquq bölməsinin rəisi Məmməd Məmmədov iştirakçılara ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər, bu sahədə qanunvericilik və təsisati baza, Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquq və azadlıqları, eləcə də İnsan Hüquqları Aylığının məqsədləri haqqında məlumat veriblər. Çıxışlarda, həmçinin fövqəladə hallar orqanları işçilərinin peşə fəaliyyətlərini yerinə yetirərkən etik davranış qaydalarına uyğun olaraq, insanların hüquq, azadlıq və qanuni maraqlarına hörmət prinsipinə əməl etmələrinin vacibliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

FOTOLAR

FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 1
FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 2
FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 3
FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 4
FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 5
FHN İnsan Hüquqları Aylığı ilə bağlı tədbir keçirdi — 6
XƏBƏR LENTİ
05 IYUN 2026
Avropa çempionatının ən yaxşı oyunçusu seçildi 00:23 Trampdan İrana sərt mesaj: “ABŞ əsgərləri öldürülsə..." 00:30 Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırıldı 00:33 İran XİN region ölkələrinə xəbərdarlıq ETDİ 00:26 Hicran Hüseynova vəfat etdi - FOTO 23:19 Azərbaycanın minifutbol millisi Avropa çempionu oldu 23:47 Parataekvondoçularımız Roma Qran-Prisində iki medal qazandılar 23:09 Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək 23:26 Atəşkəs uzun çəkmədi: İsrail və "Hizbullah" yenidən qarşılıqlı zərbələr endirdi 23:14 Emin Ağalarov Rusiya-Azərbaycan münasibətlərinin inkişaf potensialı barədə danışdı 22:52 Putin yenidən prezident olacaq? - Özü açıqladı - VİDEO 22:32 “Elvin özünə yeni klub tapmalıdır” - Ayxan Abbasov 22:38 İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi 22:42 Vladimir Putin İlham Əliyevlə görüşəcək? - lider açıqladı 22:33 Türkiyə və Qətərin XİN başçıları ABŞ-İran danışıqlarını müzakirə etdi 22:19 Ermənistanda seçkiqabağı şok: Ölkəyə gələnlərə sərhəddə hərbi çağırış vərəqəsi verilir 21:55 Blokadadan bəri İLK: Milyonlarla barel neft daşıyan tanker Hörmüzdən keçdi 22:11 SAKİNLƏRİN NƏZƏRİNƏ: Bu ərazilərdə qaz olmayacaq 21:29 Putin Azərbaycan-Rusiya əlaqələrindən danışdı 21:54 Rusiya və Çin yeni hərbi-texniki layihələr hazırlayır - Putin bəyan etdi 21:20 Azərbaycan-Rusiya biznes dialoqu keçirildi 21:10 Putin: "Kiyev kompromisə getsə, münaqişə tezliklə başa çatar" 21:29 Litva Hörmüz boğazına hərbçilərin göndərilməsini dəstəklədi 20:45 Livanda ölənlərin son sayı AÇIQLANDI 20:34 3 iyun hücumundan GÖRÜNTÜLƏR: “Boykiy” belə vurulub 21:05 Bütün Xəbərlər