DİQQƏT! Bu gün işləyənlərə ikiqat əməkhaqqı...
Cəmiyyət
19.03.2026 15:30
Bu gün Azərbaycanda Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq ölkə üzrə qısaldılmış iş günü hesab olunur.
Belə bir gündə işçinin tam iş günü işlədilməsi nə dərəcədə uyğundur və bu halda işçi necə davranmalıdır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan vəkil İntiqam Hacıyev bildirib ki, Azərbaycanda qısa iş günü hesab edilən günlərdə işçilərin tam iş günü işlədilməsi qanunvericiliyə uyğun deyil.

Onun sözlərinə görə, belə hallarda işçi iş yerini vaxtında tərk etmək hüququna malikdir və bu səbəbdən işdən ayrıldığı üçün işəgötürən tərəfindən ona qarşı hər hansı intizam tənbehi tətbiq edilə bilməz.
"Əgər işçi hər hansı səbəbdən iş yerini tərk edə bilməyərək işləməyə davam edərsə, bu zaman artıq işlədiyi müddət əlavə iş vaxtı kimi hesablanır. Bu halda işçi həmin əlavə saatlara görə ikiqat əmək haqqı almaq hüququ qazanır".
Vəkil əlavə edib ki, bu cür hallar işçilərin hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır və işəgötürənlər əmək qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.
Türkan İsgəndərli
tag: İntiqam Hacıyev,Vəkil,Novruz,Ramazan,
