Bu yollarda bərpa işləri aparılır

Bu yollarda bərpa işləri aparılır
14.06.2026 16:07 Cəmiyyət

Cari ilin mart–aprel aylarında müşahidə olunan güclü leysan yağışları, sel suları Bakı şəhərində və ölkənin bir sıra bölgələrində yol infrastrukturuna ciddi ziyan vurub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) TodayPress TV-yə bildirilib ki, dəymiş ziyanın aradan qaldırılması və gələcəkdə oxşar risklərin minimuma endirilməsi məqsədilə təxirəsalınmaz tədbirlərə başlanılıb.

Hazırda Bakı şəhəri və 8 rayonun (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Ağsu və İsmayıllı) ərazisində ümumilikdə 25 avtomobil yolunda bərpa işləri aparılır. İşlər çərçivəsində zədələnmiş yol hissələri, körpü və suötürücü qurğular təmir olunur, riskli ərazilərdə mühafizə tədbirləri gücləndirilir.

Görülən tədbirlərin məqsədi nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətini təmin etməklə bölgələrarası nəqliyyat əlaqəsini tam bərpa etməkdir. Bununla yanaşı, intensiv yağıntılar zamanı yarana biləcək risklərin qarşısının alınması üçün əlavə qabaqlayıcı tədbirlər də həyata keçirilir.

TodayPress TV

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər