Bərdədə qida zəhərlənməsi iddiası ilə bağlı açıqlama

Bərdədə qida zəhərlənməsi iddiası ilə bağlı açıqlama
26.06.2025 20:10 Cəmiyyət

Bəzi xəbər saytlarında Bərdədə iki nəfərin qidadan zəhərlənməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb.

TodayPress TV xəbər verir ki bu barədə  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.

Belə ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasında ilkin diaqnoz kimi, həmin pasiyentlərə dəqiqləşdirilməmiş qida məhsullarında olan digər zəhərli maddələrin toksiki təsiri diaqnozu qoyulsa da, sonradan qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb.

AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər