Azərbaycandan Ermənistana gübrə və taxıl göndərildi -YENİLƏNDİ

Cəmiyyət

06.05.2026 11:45

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

TodayPress TV xəbər verir ki, 4 vaqondan ibarət çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət çəkisi 275 ton olan taxıl Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

TodayPress TV

***

09:45

Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Bu barədə TodayPress TV-yə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, söhbət 4 vaqon gübrə və 4 vaqon taxıldan gedir.

Vaqonların saat 11:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

TodayPress TV

tag: Azərbaycan,Ermənistan,Gübrə,Taxıl,Todaypress.tv,