Maldiv adalarının nazirindən ÇAĞIRIŞ: “Bizə təcili dəstək lazımdır!”

Maldiv adalarının nazirindən ÇAĞIRIŞ: “Bizə təcili dəstək lazımdır!”

“Kiçik ada dövlətləri üçün uyğunlaşma tədbirləri fərqli və daha təcili olmalıdır”.

TodayPress TV xəbər verir ki, bunu bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada Dövlətlərində (SIDS) inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və dayanıqlı turizm” adlı xüsusi sessiyada Maldiv adalarının İnfrastruktur, Mənzil və Şəhərsalma Naziri Abdulla Mutthalib deyib.

O bildirib ki, sahil mühafizəsi və iqlim dəyişikliyinə uyğunlaşma Maldivlər üçün ən böyük və ən yüksək maliyyət tələb edən çağırışlardan biridir.

Abdulla Mutthalib qeyd edib ki, beynəlxalq tərəfdaşların dəstəyi olmadan ada ölkələrinin iqlim dəyişikliklərinə uyğunlaşması və iqtisadi dayanıqlılığını qoruması çətinləşir.

“Bizə təcili dəstək lazımdır. Kiçik ada inkişaf edən ölkələr üçün fərqli uyğunlaşma tədbirləri vacibdir və bu proseslər ləngidilməməlidir”, – deyə o vurğulayıb.

Nazir bildirib ki, “əhalinin konsolidasiyası” Maldivlər üçün əsas adaptasiya yanaşmalarından biridir və bu, adaların sayının azaldılması və resursların daha səmərəli idarə olunması deməkdir.

O əlavə edib ki, bu yanaşma əhalinin təhlükəsiz yaşayışı, xidmətlərə çıxış və davamlı infrastrukturun təmin edilməsi üçün vacibdir.

Abdulla Mutthalib beynəlxalq donorları və təşkilatları bu prosesi iqlimə uyğunlaşma tədbiri kimi tanımağa və maliyyələşdirməyə çağırıb.

“Könüllü köçürülmə və əhalinin birləşdirilməsi insanların təhlükəsiz və dayanıqlı mühitdə yaşaması üçün vacibdir”, – deyə o bildirib.

Qiymət Mahir

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Qızıl ixracında REKORD: 4 ayda 1 milyard dollar... 11:36 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Space TV "dağılır" - Maaş vermədiyi məşhur aparıcı da getdi 11:10 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Astarada gömrükçülər "Kahı" qutularını açdılar - 23 kilo narkotik 11:06 Futbol dünyasının ən güclü məşqçiləri bəlli oldu 11:02 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 Azərbaycan XİN İtaliyanı Milli Günü münasibətilə təbrik etdi 10:51 Все новости