Prezidentin yeni Mətbuat katibi kimdir? - DOSYE

Prezidentin yeni Mətbuat katibi kimdir? - DOSYE
13.04.2026 15:12

Orxan Rəcəb oğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

TodayPress TV Orxan Səttarovun tərcümeyi-halını təqdim edir.

Orxan Səttarov Azərbaycanın media və ictimaiyyətlə əlaqələr sahəsində tanınmış simalarından biridir.

Onun peşəkar karyerasının mühüm hissəsi “Vestnik Kavkaza” (Qafqazın xəbərçisi) informasiya-analitik agentliyi ilə bağlıdır. O, bu qurumun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyət göstərərək ölkənin daxili və xarici siyasəti, iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı məqalə və təhlillərin müəllifi olub.

Onun yazıları və şərhləri tez-tez həm yerli, həm də xarici nüfuzlu media resurslarında yayımlanır və o, siyasi gündəmi mütəmadi olaraq şərh edən ekspert kimi tanınır.

Jurnalistika fəaliyyəti ilə yanaşı, Orxan Səttarov dövlət sektorunda və strateji kommunikasiya sahəsində də təcrübəyə malikdir. O, bir müddət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan müvafiq qurumlarda ictimaiyyətlə əlaqələr və mətbuat xidməti istiqamətində məsul vəzifələrdə çalışıb.

Bu dövrdə onun fəaliyyəti dövlətin iqtisadi islahatlarının mediada düzgün təqdim olunması və ictimaiyyətin məlumatlandırılması işini əhatə edib.

Xatırladaq ki, Azərbaycan Prezidentinin bundan əvvəlki Mətbuat katibi Azər Qasımlı idi. O, 2025-ci il fevralın 17-də vəzifəsindən azad edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
Abşeron Türkiyəni zülmətdən xilas edəcək - qlobal layihə vizasını aldı 13:59 Usikin yeni rəqibi bəlli oldu: qarşıda məğlubedilməz boksçu var 13:56 Rusiyadan göndərilən seçki alverçilərini İrəvan aeroportunda qapazladılar 13:55 Yayda su içmək əvəzinə bu meyvələrdən yeyin 13:51 “Liverpul”dan sürpriz qərar: yeni baş məşqçi bəllidir! 13:44 İlk dəfə açıqlanır: Bu dəhşətli qışda Ukraynanı Azərbaycan ölümdən xilas edib 13:39 20 ballıq cərimə limiti artırılır? - VİDEO 13:38 Dünya çempionluğu Keyni “Qızıl top”a yaxınlaşdıra bilər 13:35 Tennis əfsanəsinin dönüşü dünyanı təəccübləndirdi 13:25 "Elçibəy" Ermənistanı uçuruma aparır... 13:20 Simonyan: Azərbaycana gedirəm, Sahibə xanım dəvət etdi 13:12 NBA finalı üçün uşaqlara gec yatmağa “rəsmi icazə” verildi 13:07 Meteohəssas vətəndaşların nəzərinə: Atmosfer təzyiqi enir 12:59 Sabiq deputat VƏFAT ETDİ 12:57 Ermənistanda hərbçinin meyiti aşkarlandı 12:55 İcarə müddəti başa çatan futbolçular klubdan getdi 12:40 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ! 12:35 Polis və Məhkəmə rəsmiləri bir araya gəldi- Vətəndaşların hüquq və azadlıqları... 12:25 “Krasnodar” məşqçisi neytral azarkeşlərə münasibət bildirdi 12:11 Tramp “Bibi”sini belə təhqir etdi: Dünyanın danışdığı qalmaqal — SİTAT-SİTAT... 11:53 DÇ-2026 öncəsi böyük əməliyyat: milyonlarla dollarlıq saxta məhsul ələ keçdi 11:49 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 Tramp elə bir adamı Azərbaycana yollayır ki... - DOSYE 11:48 Prezident Avropadakı ən dost ölkəni təbrik etdi 11:40 “Real Madrid” müdafiəsini ulduz transferlə gücləndirir 11:47 Все новости