Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır

Avropa etiraf etdi: “Qarabağ” Çempionlar Liqasında tarix yazır
04.02.2026 09:34 UEFA

UEFA Çempionlar Liqasının Liqa mərhələsi ilə bağlı yayımlanan rəsmi statistik icmalda “Qarabağ” klubuna xüsusi yer ayrılması Azərbaycan futbolu baxımından mühüm hadisədir. Bu, təkcə bir neçə qələbənin qeyd olunması deyil, həm də klubun Avropa miqyasında formalaşmış imicinin göstəricisidir.

UEFA-nın rəsmi saytı uefa.com-da dərc edilən maraqlı faktlar və rəqəmlər sırasında “Qarabağ”ın adı xüsusi vurğulanır. Qeyd olunur ki, Ağdam təmsilçisi Azərbaycan futbolu tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsində qalib gələn ilk klub olub. Bu tarixi uğur ilk oyun günündə Portuqaliyanın nəhəng klubu “Benfika” üzərində 3:2 hesablı qələbə ilə reallaşıb.


Bu nəticə təkcə sensasiya deyil, həm də “Qarabağ”ın Avropada favoritlərlə rəqabət aparmaq gücündə olduğunu sübut etdi. Üstəlik, həmin oyun klubun hücum potensialını və psixoloji davamlılığını ön plana çıxardı.

UEFA-nın diqqət çəkdiyi digər vacib məqam isə “Qarabağ”ın Avropa turnirlərində alman klublarını məğlub edən ilk Azərbaycan komandası olmasıdır. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu nailiyyətə 15-ci cəhddə nail olub. Bu fakt klubun uzun illər ərzində Avropada topladığı təcrübənin və səbrli strategiyasının nəticəsi kimi qiymətləndirilir.


Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının yeddinci oyun günündə “Ayntraxt Frankfurt”u 3:2 hesabı ilə məğlub edərək tarixini daha da zənginləşdirib. Hər iki qələbənin eyni hesabla qazanılması isə təsadüfdən çox, komandanın oyun üslubunun və riskə açıq futbol fəlsəfəsinin göstəricisidir.

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışı Azərbaycan futbolu üçün sadəcə uğurlu nəticələr toplusu yox, keyfiyyətcə yeni mərhələyə keçidin göstəricisidir. Ağdam klubu bu mərhələdə artıq “təcrübə toplamaq” üçün çıxış edən komanda təsiri bağışlamadı; əksinə, oyunun taleyinə real təsir göstərən, rəqiblərini taktiki və psixoloji cəhətdən çətin vəziyyətə salan kollektiv kimi yadda qaldı.

Cari mövsüm “Qarabağ” üçün yalnız xal və qələbələrlə deyil, statusla ölçülür. UEFA-nın diqqəti, statistik vurğular və güclü liqa təmsilçiləri ilə bərabər oyun klubun Avropa futbolundakı yerinin möhkəmləndiyini göstərir.

Turnirin pley-off mərhələsində “Nyukasl Yunayted”lə duel bu yolun ən çətin döngələrindən biridir. Amma artıq bir həqiqət dəyişməzdir:

“Qarabağ” Çempionlar Liqasında təsadüfi qonaq deyil.

Namiq HUN

ЛЕНТА НОВОСТЕЙ
02 июня 2026
NASA-dan yadplanetlilərin cəsədləri ilə bağlı AÇIQLAMA 08:45 Sürücülərin NƏZƏRİNƏ - Bu yollar... 08:32 "İlski" neft emalı zavoduna hücum - Anbaan görüntülər 08:28 Dişlərin qaralmasını dayandırmaq mümkündürmü? - Mütəxəssis rəyi 23:45 Yox olmaq üzrə olan növ üçün sevindirici xəbər: İki quş dünyanı heyrətləndirdi 23:42 Çoxlarının zərərsiz bildiyi içki: Alkoqolizmin ən məkrli forması hansıdır? 23:38 Baş ağrısından qurtulmağın SADƏ ÜSULU 23:36 Vəfat etmiş kanadalı hokkeyçinin beyni alimlərə təhvil veriləcək 23:34 Diabet birdən yaranmır: Rusiyalı həkim təhlükəli amilləri sadaladı 23:32 İsrail xüsusi təyinatlıları Livanda itkilər verdi 00:06 Avropa çempionatı: Minifutbol millimiz Qazaxıstanı məğlub etdi 01:35 “Yaxşı polis, pis polis”: Kreml Paşinyana qarşı hansı oyunu oynayır? 00:03 Simonyan Bakıya gəlmədiyi üçün təəssüflənir 00:57 Oman dənizində gərginlik: SEPAH ABŞ və İsrail gəmisini RAKETLƏ VURDU 00:42 Turizm statistikası düşündürür: Problem sərhədlərdədir? 23:54 Yaxın Şərqdə kritik dönüş: Hizbullah atəşkəsi qəbul etdi 23:59 Müqavimət göstərən sürücü saxlanıldı 23:47 Türkiyə 4 qolla qələbə QAZANDI 23:29 Paşinyana sui-qəsd planı: 4 nəfərlik qrup saxlanıldı 23:02 Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO 22:57 Trampdan sürpriz addım: Türkiyəyə milyardlıq plan 22:49 Millimiz Dünya Kubokunda növbəti matçını keçirdi - YENİLƏNB 19:42 Trampdan Ərdoğana mesaj: Ankarada NATO sammitinə qatılacaq 22:37 Rusiya Ermənistandan bu məhsulların da idxalını dayandırdı 22:23 Tramp danışıqlara işarə etdi: “Sürətlə davam edir” 22:30 Все новости