Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO

Sumqayıtda yaşayış binasında partlayış baş verdi - FOTO - VİDEO

Sumqayıtda yaşayış binasında partlayış baş verib.

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

İlkin ehtimala əsasən, partlayışa qaz sızması səbəb olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən bölmələrinin əməkdaşları, eləcə də hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülür, hadisənin başvermə səbəbləri araşdırılır.


TodayPress TV